3 İyul 2018 00:15
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika yığması dünya çempionatı -2018-in 1/8 final mərhələsində Yaponiya üzərində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, Rostov-na-Donun "Rostov Arena" stadionunda keçirilən görüş 3:2 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.

Belçika yığması matç boyu 2 top geri düşsə də, komanda özündə güc taparaq rəqibi 3 dəfə məyus edə bilib. Oyunda sonuncu qol 90+4-cü dəqiqədə vurulub.

Nəticədə Belçika millisi ¼ finala vəsiqə qazanıb.

Belçika – Yaponiya - 3:2

Qollar: 0:1 – Xaraqusi – 48, 0:2 – İnui – 52, 1:2 – Vertongen – 69, 2:2 – Fellayni – 74, 3:2 – Şadli – 90+4.


Müəllif: Ruslan

Oxşar xəbərlər