16 Avqust 2014 01:17
727

"Arsenal"ın futbolçusu Per Mertezaker Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı oyunçu bundan sonra yalnız "Arsenal"ın şərəfini qoruyacağını deyib.

Qeyd edək ki, P.Mertezaker indiyə kimi Almaniya millisində 103 matçda oynayıb, 4 qol vurub.

Xatırladaq ki, bundan əvvəl Miroslav Kloze və Filipp Lam Almaniya millisindəki karyerasını başa vurmuşdu.


Müəllif: