23 Avqust 2018 08:30
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York məhkəməsi FİFA-da korrupsiya işi üzrə araşdırma nəticəsində Brazıliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini 4 il həbs cəzasına məhkum edib.

Teleqeaf.com xəbər verir ki, sabiq prezident, həmçinin 1,2 milyon dollar cərimə olunub və üstəlik 3,3 milyon dollar məbləğində zərəri ödəməlidir.

86 yaşlı Marin FİFA-dakı korrupsiya qalmaqalında adı keçən iri məmurlardan real həbs cəzası almış ilk şəxsdir. Prokuror müttəhim üçün 10 il həbs cəzası istəyib, amma hakim bu müddəti dörd ilə endirib.

İttiham məlumatlarına əsasən, Marin 2010-cu ildən etibarən beynəlxalq futbol oyunlarının işıqlandırılmasında marketinq və televiziya hüququ verilməsi müqabilində 6,55 milyon dollar rüşvət alıb.

13 aydır ki, həbsxanada olan Marin 28 aydan sonra azadlığa çıxa bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər