Azərbaycanın qadınlardan ibarət voleybol yığması Türkiyədə keçirilən beynəlxalq "Gloria Cup" turnirində Rusiya komandasına məğlub olub.
“Report” xəbər verir ki, şənbə günü keçirilən görüş 3-0 (25:21, 25:20, 25:18) hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Birinci turda Azərbaycan yığması Türkiyə komandasına 0:3 hesabı ilə uduzub, ikinci matçda isə İtaliya komandasına 3:0 (25:19, 25:22, 25:22) hesabı ilə qalib gəlib.
Turnir avqustun 25-də başa çatacaq.