28 Oktyabr 2018 19:13
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 9-cu turunun növbəti oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Bayıl Arena”da oynanılan oyunda “Keşlə” klubu “Səbail”in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Dənizçilər”in hər iki qolu birinci hissədə vurub. İyirmi dördüncü dəqiqədə Yevgeni Koçuk Tural Axundova qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərdi ustalığı sahəsində üç müdafiəçini keçərək hesab arasındaki fərqi iki topa çatdırıb.

İkinci hissədə isə qonaqlar üstün tərəf olublar. Buna 49-cu dəqiqədə Koçukun ikinci sarı vərəqədən sonra azlıqda qalması da təsirsiz ötüşməyib. “Keşlə”nin təsəlli qolunu 90+2-ci dəqiqədə Denis Silva vurub.

Beləliklə, rəqibinə ilk dövrədəki hesabla qalib gələn “Səbail” xallarını 16-ya çatdırıb və “Sabah”la 3-4-cü yerləri bölüşür. Beş xala malik “Keşlə” isə 7-ci pillədə qalıb.

Qeyd edək ki, bu klublar arasında çempionat oyunlarında tərəflər hərəyə 2 qələbə qazanmaqla yanaşı, bir matçda da heç-heçə ediblər. “Səbail” ötən tur “Qarabağ”a bir cavabsız qolla uduzsa da, əsasnamənin tələblərini pozan Ağdam klubuna texniki məğlubiyyət verilib. “Keşlə” isə cari mövsümdə ilk qələbəsini ötən həftə “Zirə”ni məğlub etməklə qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər