İspaniya superkubokunun sahibi bəlli olub.
Qol.Az-ın məlumatına görə, həlledici oyunda Madridin “Atletiko” və "Real" klubları üz-üzə gəlib.
"Atletiko" son ölkə çempionu, "Real" isə Kral kubokunun qalibidir.
Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Bugünki oyun isə "Land of Fire Azerbaijan" formalı "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Atletiko” tarixində ikinci dəfə İspaniya superkubokunu qazanıb.
Xatırladaq ki, paytaxt klubu ilk dəfə 1985-ci ildə İspaniya superkubokunu qazanıb. "Real" isə buna qədər 9 dəfə bu mükafa sahib olub.
"Atletiko" (Madrid) - "Real" (Madrid) (İlk oyun - 1:1) - 1:0
Qol: Mandjukiç, 2 (1:0)