29 Dekabr 2018 00:57
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Ərzurumspor"da çıxış edən İbrahim Şehiç menecerlər vasitəsi ilə "Trabzonspor"a təklif edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumt yayıb. Bildirilir ki, 30 yaşlı qolkiperin hazırkı klubu ilə problemləri olduğu üçün "Ərzurumspor"dan ayrılmaq istəyir. Ancaq təcrübəli qapıçı axtarışında olan "Trabzonspor"un bosniyalı qapıçının klubu ilə müqaviləsinin davam etməsi səbəbindən bu transferə müsbət baxmadığı iddia olunub.

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi "Qarabağ"da çıxış edən Şehiç yayda "Ərzurumspor"a keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər