20 Fevral 2019 07:45
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real", "Milan", "Roma", "Yuventus" kimi klubların və İngiltərə millisinin sabiq çalışdırıcısı Fabio Kapello "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəsis argentinalı superulduzu futbolun yeganə dahisi adlandırıb:

"O, bir dahidir. Dünya futbolundakı yeganə dahi. Düzdür, Argentina millisi ilə kubok qazana bilmədi. Çünki tək başına heç nə edə bilməzdi".

Qeyd edək ki, son olaraq ötən il Çinin "Tszyansua Sunin" klubunda işləyən italiyalı çalışdırıcı ötən ilin aprelində məşqçi karyerasını bitirib.


Müəllif: Teleqraf.com