İspaniya La Liqasında 26-cı tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. “Rayo Valyekano” doğma azarkeşləri önündə “Jirona”nı qəbul edib. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.
Şənbə günü dörd görüş baş tutub. “Espanyol” doğma meydanda “Valyadolid” üzərində inamlı qələbəyə sevinibsə, “Vilyarreal” “Alaves”ə uduzub. “Sevilya” səfərdə çempionatın aşkar autsayderi “Hueska”ya məğlub olub.
26-cı turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” öz meydanında “Barselona” ilə münasibətlərinə aydınlıq gətirib. Komandalar arasında bir neçə gün əvvəl keçirilən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”ı 3 cavabsız qolla məğlub edərək, finala vəsiqə qazanmışdı. Öz meydanında darmadağın olan Madrid təmsilçisi bu matçda qisas almağa ümid edirdi. Amma Kataloniya təmsilçisi bu oyunda da qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.
“Atletiko” bu turda çətin “Real Sosyedad” səfərinə yollanacaq.
İspaniya La Liqası, 26-cı tur
1 mart
Rayo Valyekano – Jirona 0:2
Qol: Stuani, 30; 85.
2 mart
Espanyol – Valyadolid 3:1
Qol: İqlesias, 1. Hermoso, 55. Ley, 65 – Alkares, 17.
Vilyarreal – Alaves 1:2
Qol: Kasorla, 61-pen – Maripan, 54. İnui, 77.
Hueska – Sevilya 2:1
Qol: Anor, 7. Avila, 90 – Ben Yedder, 84-pen.
Real – Barselona 0:1
Qol: Rakitiç, 26.
3 mart
15:00 Eybar – Selta
19:15 Betis – Xetafe
21:30 Real Sosyedad – Atletiko
23:45 Valensiya – Atletik
4 mart
00:00 Leqanes – Levante