4 Mart 2019 07:25
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, son oyun günündə 6 qarşılaşma keçirilib. Turun mərkəzi görüşündə "Napoli" və "Yuventus" komandaları qarşılaşıblar. Səfərdə oynamasına baxmayaraq, rəqibini 2:1 hesabı ilə məğlub edən Turin klubu xallarının sayını 72-yə yüksəldib.

Mövsümün başa çatmasına 12 tur qalmış ən yaxın izləyicisi "Napoli"ni 16 xal qabaqlayan Massimiliano Alleqrinin komandası liderliyini daha da möhkəmlədib.

Turnir cədvəlinin 3-cü pilləsində isə 48 xalı olan "Milan" qərarlaşıb. 4-cü sıradakı "İnter"in 47, 5-ci "Roma"nın isə 44 xalı var.

İtaliya A Seriyası, 26-cı tur

3 mart (bazar)

"Torino" - "Kyevo" - 3:0
Qollar: A. Belotti, 76 (1:0), T. Rinkon, 90 (2:0), S. Zaza, 90+3 (3:0)

"Cenoa" - "Frazinone"

SPAL - "Sampdoriya" - 1:2
Qollar: F. Kualiyarella, 4 (0:1), 11 (0:2), Y. Kurtiç, 90 (1:2)

"Udineze" - "Bolonya" - 2:1
Qollar:
R. De Paul, 25 (1:0), R. Palasio, 39 (1:1), İ. Pusetto, 79 (2:1)

"Atalanta" - "Fiorentina" - 3:1
Qollar
: L. Muriel, 3 (0:1), Y. İliçiç, 28 (1:1), P. Qomez, 34 (2:1), R. Qosens, 59 (3:1)

"Napoli" - "Yuventus" - 1:2
Qollar:
M. Pyaniç, 28 (0:1), Ə. Can, 39 (0:2), X. Kalyexon, 61 (1:2)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər