16 Aprel 2019 07:45
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın sabiq futbolçusu, hazırda "Yuvüntus"dan oynayan Kriştiano Ronaldo haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, protuqaliyalı hücumçunun yerini doldurmağın mümkünsüz olduğunu deyib: "Kimi transfer etməyimizdən asılı olmayaraq, Kriştianonun yerini doldurmaq mümkünsüzdür. Ronaldo klubdan ayrıldı və biz də yüksək səviyyəli futbolçular ala bilərik. Amma bu klubdan onun etdiklərini təkrarlaya biləcək biri yoxdur".

Qeyd edək ki, Ronaldo ötən yay "Real"dan "Yuventus"a transfer olunub.


Müəllif: Teleqraf.com