21 Aprel 11:47

"Ştutqart" baş məşqçisi Markus Vaynzrili istefaya göndərib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Bundesliqa təmsilçisinin son olaraq "Auqsburq"a 0:6 hesabı ilə uduzmağından sonra bu qərar verilib. Komandanı müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Niko Villiqin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Ştutqart" hazıda bundesliqada 21 xalla 18 komanda arasında 16-cı yer tutur.


Müəllif: Teleqraf.com