21 Aprel 22:27

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletik Bilbao"ya qalib gəlib.

Teleqraf.com xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletiko"sundan geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər.


Müəllif: Teleqraf.com