Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Teleqraf.com xəbər verir ki, Super Liqa təmsilçisi İranın “İstiqlal” klubunda forma geyinən Allahyar Sayyadmaneşi transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 17 yaşlı hücumçuyla 5 illik razılaşma əldə edilib.
“Fənərbaxça”, Allahyar üçün “İstiqlal”a 850 min dollar ödəyib. İranlı hücumçu mövsümün sonunda “Fənərbaxça”ya qoşulacaq.