5 May 2019 08:55
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, çempionluğa iddialı “Liverpul” səfərdə “Nyukasl” komandasının qonağı olub.

Görüşdə hesabı qonaqlar 13-cü dəqiqədə Vijil van Deykin qolu ilə açıb. Qoldan yeddi dəqiqə sonra Kriatian Atsu hesaba tarazlıq gətirib. Hücumların kəsərini artıran Mersessayd təmsilçisi matçın 28-ci dəqiqəsində yenidən hesabda önə keçib. Komandanın əsas qol silahı sayılan Məhəmməd Salah adını tabloya yazdırıb - 1:2. Bu, misirli futbolçunun cari mövsüm Premyer Liqada vurduğu 21-ci qolu olub.

Fasilədən dərhal sonra meydan sahibləri yenidən hesabı bərabərləşdirməyə nail olublar. Salamon Rondon fərqlənib. Hücuma atılan Yurqen Klopun yetirmələri qarşılaşmanın 86-cı dəqiqəsində qələbə topunu vurub. Divock Oriqi adını tabloya yazdırıb - 2:3.

Beləliklə, “Liverpul” “Nyukasl” səfərindən vacib qələbə ilə ayrılıb. Bu qələbə sayəsində xallarının sayını 94-ə çatdıran “Liverpul” turnir cədvəlində əsas rəqibi “Mançester Siti”dən iki xal irəli keçib. “Nyukasl” isə 42 xalla 14-cü yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər