Kriştiano Ronaldo daha bir rekord qırıb.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduz Çempionlar Liqasının tarixində ən yaxşı bombardir olub. Belə ki, Ronaldo "Bavariya" ilə oyunda cari mövsümdə turnirdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bu isə Çempionlar Liqası tarixinin rekordudu. Bundan əvvəl rekord Lionel Messiyə məxsus idi. O, 2011/12 mövsümündə 14 dəfə fərqlənərək ən məhsuldar bombardir olmuşdu. Ronaldo "Borussiya" ilə ilk oyunda 14-cü qolunu vuraraq Messiyə şərik olmuşdu. "Bavariya" ilə cavab matçın 34-cü dəqiqəsində o, argentinalı rəqibini geridə qoyub. 90-cı dəqiqədə isə portuqaliyalı öz rekordunu yaxşılaşdırıb.
Qeyd edək ki, turnir Çempionlar Liqası adlanmazdan əvvəl - Çempionlar Kuboku adlananda da ən yaxşı bombardir 14 dəfə fərqlənə bilmişdi. Belə ki, "Milan"ın unuduzmaz futbolçularından Joze Altafini 1962/63 mövsümündə rəqib qapıçıları 14 dəfə meydanın mərkəzinə dəvət etmişdi.
Ronaldo Çempionlar Liqasında indiyədək 102 oyun keçirib və 66 qol vurub. O, qol sayına görə Raul (71) və Messidən (67) geri qalır. Portuqaliyalı ulduz finalda 1 qol vursa, "Barselona"lı həmkarına çatacaq.
1992/93 Romario PSV 7
1993/94 Ronald Kuman Barsa 8
1994/95 Corc Vea PSJ 7
1995/96 Hari Litmanen Ayaks 9
1996/97 Milinko Pantiç Atletiko 5
1997/98 A.Del Pyero Yuventus 10
1998/99 Sevçenko-York Dinamo-M.Y. 8
1999/00 Jardel-Raul-Rivaldo Portu-Real-Barselona 10
2000/01 Andrey Şevçenko Milan 9
2001/02 Ruud van Nistelrooy Mançester Y. 10
2002/03 Ruud van Nistelrooy Mançester Y. 12
2003/04 Fernando Moryentes Monako 9
2004/05 Ruud van Nistelrooy Mançester Y. 8
2005/06 Andrey Şevçenko Milan 9
2006/07 Kaka Milan 10
2007/08 Kriştiano Ronaldo Mançester Y. 8
2008/09 Lionel Messi Barselona 9
2009/10 Lionel Messi Barselona 8
2010/11 Lionel Messi Barselona 12
2011/12 Lionel Messi Barselona 14
2012/13 Kriştiano Ronaldo Real 12