14 May 2019 07:24
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Tottenhem"lə oyundan əvvəl azarkeşlərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, İngiltərə Premyer Liqasını ikinci pillədə tamamladıqdan sonra özünün rəsmi "Tvitter" səhifəsində yazıb: "Hisslərim qarışıqdır. Amma mövsüm hələ bitməyib. Komanda yoldaşlarım, məşqçilər və azarkeşlərə təşəkkür edirəm. Azarkeşlər, zəhmət olmasa, "Enfild"i Madridə gətirin".

Qeyd edək ki, "Liverpul" iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda "Tottenhem"lə üz-üzə gələcək.

Xatırladaq ki, Yürgen Kloppun komandası ÇL-in yarımfinal mərhələsinin cavab oyununda "Enfild"də "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər