18 May 2019 07:25
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq şərti cəza tətbiq edib.

Teleqraf.com xəbər verir ki, buna onun Çempionlar Liqasının yarımfinalında "Ayaks"la ilk matça (0:1) gecikməsi səbəb olub. Bu hal qarşıdakı bir il ərzində təkrarlansa, şərti cəza qüvvəyə minəcək. Beləliklə, argentinalı mütəxəssis ÇL-in finalında "Liverpul"la görüşü buraxmayacaq.

Poçettinonun hərəkətinə görə klub isə 10 min avro məbləğində cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər