Futzal üzrə Azərbaycan çempionu olan “Araz” klubu hücumçusu ilə yollarını ayırıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan millisinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərar verib.
Bu gün Taylanda yola düşən X. Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçıları da transfer edəcək.