26 May 2019 13:52
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” erməni futbolçu Henrik Mxitaryanı satışa çıxarmağı nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "Dailystar" jurnalı məlumat yayıb.

Nəşr vurğulayıb ki, klubun rəsmi açıqlamasında 30 yaşlı futbolçunun artıq özünü doğrultmadığı və ona görə də çox vaxt ehtiyatda saxlanıldığı qeyd olunub. Klubda erməni futbolçunun perspektivdə nə isə uğurlu bir şey etməyəcəyinə inandıqları bildirilir.

Xatırladaq ki, Mxitaryan zəmanət verilməsinə rəğmən təhlükəsizliyini bəhanə gətirərək mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməkdən imtina edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər