Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
52 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə Katri Kakkonu (Finlandiya), ardınca Çarlin Van Sniki (Belçika) məğlub edib. O, 1/4 finalda Aqata Perentslə (Polşa) qarşılaşacaq.
Digər cüdoçulara gəlincə, 52 kq çəkidə çıxış edən Aleksandra Larisa Florian 1/16 finalda Karolina Pienkovskaya (Polşa) uduzub.
48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb.
66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.
Beləliklə, ikinci yarış günündə mübarizə aparan 7 cüdoçudan yalnız 1-i medal şansını saxlayıb.
***
14:24
Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medal qazanmaq şansını əldən verib.
68 kq çəkidə çıxış edən samboçu Emil Həsənov yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə uduzub – 3:4.
O, Bakı vaxtı ilə saat 18:15-də bürünc medal görüşünə Timofye Yemelaynu (Belarus) - Andrey Perepelyuk (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün mübarizə aparan digər sanboçulardan Gözəl Zutova (72 kq) fransalı Laroz Kamiyə uduzub. O, təsəlliverici görüşdə rumıniyalı Lorena-Aleksandra Podelenski ilə qarşılaşacaq. Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə məğlub olub.
Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüş saat 18:07-yə nəzərdə tutulub.
Beləliklə, Azərbaycanın 4 samboçusunun bürünc medal qazanmaq şansı var./report/