Braziliyada keçirilən Amerika Kubokunda üçüncü yer uğrunda matçda Argentina və Çili milliləri qarşılaşıb.
San-Paulonun "Korintians" stadionunda baş tutan matçda Argentinanın rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qollar: Aquero, 12 (1:0), Dibala, 22 (2:0), Vidal, 59-pen (2:1)
Qırmızı vərəqələr: Messi, 37 (Argentina), Medel, 37 (Çili)
7 iyulda keçiriləcək Amerika Kuboku matçında Braziliya milli komandası və Peru komandası qarşılaşacaq.