10 İyul 2019 07:05
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Albaniyada “Partizani”nin qonağı olacaq. Qarşılaşmanı İslandiyadan olan referi Polvardur Arnason idarə edəcək.

Tirananın Selman Stermesi stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)


Müəllif: Teleqraf.com