İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidana ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, fransalı mütəxəssisin qardaşı Farid 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Zidan məhz qardaşına görə Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini dünən tərk etmişdi.
“Real” rəsmi saytı vasitəsilə Zidanın qardaşının vəfatı ilə qədər başsağlığı verib. Həmçinin komandanın bu gün baş tutan məşqi dəqiqəlik sükutla başlayıb.