“Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Sumqayıt”la yoxlama oyununu şərh edib.
Teleqraf.com xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Artıq ikinci yoxlama oyunudu ki, qələbə qazanırıq. Lakin bu, bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdir. Yenilər komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmirlər. Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır”.
Xatırladaq ki, “Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda “Zirə”ni məğlub etmişdi – 5:3.