24 İyul 2019 00:13
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Los-Anceles"lə çempionat oyununda (3:2) rəqib komandanın müdafiəçisi Məhəmməd Munitin almacıq sümüyünü sındırıb.

Teleqraf.com xəbər verir ki, hadisə futbolçular top uğrunda hava mübarizəsinə çıxarkən yaşanıb. Dirsəyi ilə rəqibinin sifətinə zərbə endirən İbrahimoviç ona ciddi xəsarət yetirib. Munirin əməliyyat olunacağı və bu mövsüm meydana çıxa bilməyəcəyi bildirilir. İbrahimoviçi isə uzunmüddətli diskvalifikasiya gözləyir.

Qeyd edək ki, 37 yaşlı forvard həmin oyunda het-trik etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər