Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” şok itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, Ağdam klubunun legioneri Filip Ozobiç uzun müddətliyinə sıradan çıxıb.
Xorvatiyalı yarımmüdafiəçinin dizində sümük qırığı aşkarlanıb. Bu səbəbdən də o, uzun müddət yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Qeyd edək ki, Ozobiç ÇL-in II təsnifat mərhələsində “Dandolk”la cavab matçının ilk hissəsində zədələnmişdi.