Qana millisinin baş məşqçisi Kvesi Appia komandadan qovulub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Qana Futbol Federasiyası 54 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
Təcrübəli mütəxəssisin komandası "Afrika-2015"in seçmə mərhələsində Toqo millisini 3:2 hesabı ilə məğlub etsə də, federasiya rəhbərliyi Appianın işindən narazı qalıb. Bu səbəbdən federasiya Appia ilə işbirliyini davam etdirməyi lazım bilməyib.
Qeyd edək ki, Appia 2012-ci ilin aprel ayından Qana yığmasını çalışdırırdı.