14 Avqust 2019 00:13
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, uduzduq. İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. O, rəqibdən zəif çıxış etmələri ilə razılaşmayıb:

"Bəlkə də biz oyuna fərqli baxırıq. Bəzi epizodları saymasaq, komandamın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu".

Qurbanov APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib: "Uduzmuşuqsa, rəqibi təbrik etməliyik".

Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb: "Bir neçə epizodda baş hakim cərimə zərbəsini əks tərəfə verməli idi. Riçard Almeyda bir qədər emosional davrandı. Növbəti oyunumuzu Rahil Məmmədov da sarı vərəqə limitini doldurduğu üçün buraxmalı olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər