19 Oktyabr 2019 23:43
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında 8-ci tura start verilib.

Teleqraf.com xəbər verir ki, tura “Qalatasaray” – “Sivasspor” matçıyla start verilib. Beş qolun qeydə alındığı matç İstanbul təmsilçisinin çətin qələbəsi ilə başa çatıb.

Səfərdə “Antalyaspor”la qarşılaşan “Gənclərbirliyi” rəqibini 6 cavabsız qolla məğlub edib.

“Başakşəhər” doğma meydanda “Göztəpə”ni çətinliklə məğlub edib. “Trabzonspor” isə “Qaziantep”lə ev oyununda asan qələbəyə sevinib. “Beşiktaş” “Ankaragücü”nün qonağı olub. Cari mövsümdə uğursuz təsir bağışlayan İstanbul təmsilçisi bu dəfə də xal itkisi ilə üzləşib.

“Fənərbaxça” bu turda səfərdə “Dənizlispor”la qarşılaşacaq.


Müəllif: Teleqraf.com