16 Noyabr 2019 22:52
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Uels milli komandalarının qarşılaşması başa çatıb.

Teleqraf.com xəbər verir ki, komandamız 0:2 hesabı ilə uelslilərə uduzub.

Azərbaycan - Uels - 0:2 (İkinci hissə)

Qollar: Kifer Moore, 10, Harri Uilson, 34
Hakimlər: Dəniz Aytəkin, Eduard Beytinger, Rafael Foltin, Kristian Dinqert
"Bakcell Arena"

***

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.

Teleqraf.com xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.

Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.

Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.

Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.

Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.

Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.

20.50

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turuna yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da növbəti oyununa çıxacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Uelsi qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.

Qrupun digər matçında Xorvatiya ilə Slovakiya qarşılaşacaq.

AÇ-2020, seçmə mərhələ, 9-cu tur

16 noyabr

E qrupu

21:00 Azərbaycan – Uels

Baş hakim: Deniz Aytekin (Almaniya)

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 9. Vüsal İsgəndərli, 10. Ağabala Ramazanov, 14. Elvin Camalov, 15. Şəhriyar Əliyev, 16. Abbas Hüseynov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.

Uels: 1. Ueyn Hennessi, 4. Ben Deyvis, 5. Kris Mefam, 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 15. İtan Ampadu, 16. Tom Lokayer, 18. Co Morrell, 20. Daniel Ceyms.

Ehtiyat oyunçular: 12. Adam Deyvis, 21. Tom Kinq, 2. Kris Qanter, 3. Ceyms Lourens, 6. Eşli Uilyams, 8. Mettyu Smit, 9. Sem Vouks, 10. Aaron Remzi, 17. Dilan Levitt, 19. Tayler Roberts, 22. Rabbi Matondo, 23. Uill Uolks.
Baş məşqçi: Rayan Giqqz.

23:45 Xorvatiya – Sovakiya
Baş hakim: Kleman Tyurpin (Fransa)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər