1 Fevral 2020 01:16
435

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı hücumçu cari ayda meydana çıxdığı 4 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə edib. Ronaldonun cari mövsümdə vurduğu qolların sayı isə 17-yə çatıb.

Qeyd edək ki, A Seriyasının bombardirlər sıyahısına Çiro İmmobile (“Latsio”) başçılıq edir. Hücumçu cari mövsümdə 23 qol vurub.


Müəllif: Teleqraf.com