25 Sentyabr 2014 09:30
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasında V turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə 12 komanda üz-üzə gəlib.

Öz meydanında “Almeriya” “Atletiko”ya, “Qranada” “Levante”yə 0:1 hesabı ilə məğlub olub. “Sevilya” isə evdə “Real Sosyedad”a eyni hesabla qalib gəlib.

Səfərdə "Malaqa"nın qonağı olan "Barselona" klubu rəqibin müqavimətini qıra bilməyib və ilk xal itkisi ilə üzləşib.

Qeyd edək ki, La Liqada 5-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

İspaniya La Liqası, V tur:

23 sentyabr (çərşənbə axşamı)

“Real” – “Elçe” – 5:1
Qollar: Beyl, 20, Ronaldo, 27-pen; 31; 80-pen; 90+2 - Albakar, 15

“Selta” – “Deportivo” - 2:1
Qollar: Nolito, 4, Larrivey, 72 - Kuenka, 55

24 sentyabr (çərşənbə)

“Almeriya” – “Atletiko” - 0:1
Qol: Miranda, 60

“Eybar” – “Vilyarreal” - 1:1
Qol: Arruabarrena, 8 - Moreno, 71

“Rayo Valyekano” – “Atletik” - 2:1
Qollar: Leo Baptistao, 39; 89 - Aduris, 21

“Qranada” – “Levante” - 0:1
Qol: Qarsia, 46

“Malaqa” – “Barselona” - 0:0

“Sevilya” – “Real Sosyedad” - 1:0
Qol: Deulofeu, 18

25 sentyabr (cümə axşamı)

23:00 “Espanyol” – “Xetafe”
01:00 “Valensiya” – “Kordoba”


Müəllif:

Oxşar xəbərlər