11 Fevral 2020 23:26
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Spartak” klubunun veteranı, 1962-ci ildə Sovet İttifaqının çempionu olmuş əfsanəvi futbolçu Valeri Reynqold 77 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, “qırmızı-ağlar”ın keçmiş hücumçusu Sokolnikidə “Spartak”ın futbol turnirində huşunu itirdikdən sonra paytaxt xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 77 yaşlı veterana infarkt diaqnozu qoyulmuşdu. Həkimlər əllərindən gələni etsələr də, Reynqoldun vəziyyətini stabilləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Reynqold “Spartak”dan əlavə Voronejin “Trud” (indiki “Fakel”) və Yaroslavın “Şinnik” komandalarında çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər