Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 9 ildən sonra qitə birincisi olub.
Teleqraf.com-un məlumatına görə, 82 kq çəki dərəcəsində güləşçimiz finalda bolqarıstanlı Daniel Tixomirovu məğlub edib - 2:1.
Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. Bundan əvvəl pəhləvanımız 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.
Bununla da iki qızıl, dörd bürünc medal qazanan yunan-Roma güləşi millimiz Avropa çempionatlarında medalların sayına görə tarixin ən yaxşı nəticəsinə imza atıb.