12 May 00:24
1 965

İngiltərənin Premyer Liqa klublarından "Nyukasl"ı satın alan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman dünya ulduzlarını klubuna transfer etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, şahzadənin klubu artıq Qaret Beyllə bağlı razılıq əldə edib. Ulduz futbolçunun yaxın günlərdə "Real"dan ayrılacağı deyilir.

"Nyukasl"a transfer olunması gözlənilən başqa bir ulduz Edinson Kavani, digəri isə "Barselona" ilə bir illik müqaviləsi qalan Arturo Vidaldır.

Klubun adı açıqlanmayan daha bir neçə ulduzla bağlı danışıqlar apardığı bildirilir.


Müəllif: Teleqraf.com