"Milan"da futbolçular koronavirus testindən keçib..
Teleqraf.com xəbər verir ki, bütün oyunçuların nəticələri mənfi çıxıb və onlarda koronavirus aşkarlanmayıb.
Futbolçular sabah ikinci testdən keçəcəklər. Nəticələr mənfi çıxacağı təqdirdə, klub mayın 22-i öz bazasında qrup məşqlərini bərpa edəcək.