9 Avqust 2020 11:13
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının forvardı Lionel Messi və Almaniya "Bavariya"sının ön xətt oyunçusu Robert Levandovski iddialıdır.

Uolker "Real Madrid"lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa "Lion"u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya "Napoli" ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə "Çelsi" ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.


Müəllif: Teleqraf.com