Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub - 2:4.
65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.
Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (Hindistan) - 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (Almaniya)
65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (Moldova) - 0:6
Təsəlliverici görüş: Elis Manolova - Aslı Demir (Türkiyə)