17 Fevral 2021 21:12
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Gənclər Liqasında 2020/21 mövsümü ləğv olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

UEFA-nın belə qərar qəbul etməsinə koronavirus pandemiyası səbəb göstərilir. Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından, 2020/21 mövsümünün keçirilməməsi qərara alınıb.

Qeyd edək ki, cari mövsümdə Azərbaycanı Gənclər Liqasında “Qəbələ” təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcəkdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər