21 Fevral 2021 19:39
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miquelina Dos Santos koronavirusdan vəfat edib.

Teleqraf.com xəbər verir ki, futbolçunun anası 71 yaşında dünyasını dəyişib. O, ötən ilin dekabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, oktyabr ayında Ronaldinyonun özü koronavirusa yoluxmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər