13 Mart 2021 20:50
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini keçirib.

Teleqraf.com-un məlumatına görə, Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.

Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib.

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.

***

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər