20 Mart 2021 01:36
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem"in baş məşqçisi Joze Mourinyo cari mövsümün sonunda istefaya göndərilə bilər.

Teleqraf.com xəbər verir ki, London təmsilçisi çempionatı ilk "4-lük"də bitirməsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq.

Bildirilib ki, klubun Avropa Liqasında mübarizəni dayandırmasından sonra 58 yaşlı baş məşqçi böyük təzyiq var. Bu səbəbdən turnir cədvəlindəki yekun nəticə onun "Tottenhem"dəki gələcəyi baxımından həlledici olacaq.

İddiaya görə, Mourinyo qovulsa, komanda hazırda Almaniya "Leyptsiq"inə başçılıq edən Yulian Nagelsmana həvalə olunacaq.

Qeyd edək ki, "Tottenhem" 28 turdan sonra 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər