24 Mart 2021 18:42
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, matçın əsas referisi açıqlanmasa da, köməkçiləri artıq bilinir. Yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hakimlər briqadası Slovakiyanı təmsil edir.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı "A" qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər