28 Mart 2021 16:23
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, görüş israilli hakimlər briqadasına həvalə olunub.

Baş hakim Roy Raynşrayberə David Elias Biton və Sagi Metzamber yan xətt, David Fuksman dördüncü hakim qismində kömək edəcək. Bolqarıstanlı İçko Lozev hakim-inspektor, rusiyalı Vyaçeslav Semyonov FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Raynşrayber 2014-cü ildən FIFA referisi dərəcəsi alıb. 41 yaşlı baş hakim Azərbaycan millisinin oyununu ilk dəfə idarə edəcək. O, sonuncu dəfə 2018/2019 mövsümündə "Qarabağ"ın Ukrayna "Vorskla"sı ilə keçirdiyi Avropa Liqasının qrup oyununda fit çalıb. 2018-ci il oktyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunmuş həmin qarşılaşma "Vorskla"nın qələbəsi ilə yekunlaşıb - 1:0.

Daha əvvəl isə israilli referi 2017/2018 mövsümündə "Qarabağ"ın Moldovada "Şerif"i 2:1 hesabı ilə udduğu Çempionlar Liqasının III təsnifat, 2015/2016 mövsümündə "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya eyni hesabla uduzduğu Avropa Liqasının I təsnifat oyunlarında iş başında olub. Həmin mövsümlərdə "Qarabağ" ilk dəfə Çempionlar Liqasının, "Qəbələ" isə Avropa Liqasının qrup mərhələlərinə vəsiqə qazanıb.

Raynşrayber indiyədək Serbiya komandalarının oyunlarında iştirak etməyib.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər