17 İyun 2021 23:14
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Teleqraf.com-un məlumatına görə, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Hazırda isə "Legiya" 4:0 hesabı ilə öndədir. Emreli 60-cı dəqiqədə əvəzlənib.


Müəllif: Teleqraf.com