22 İyun 22:38
201

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun “İnter”ə keçidi rəsmiləşib.

Teleqraf.com xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi A seriyasının qalibi ilə 3 illik müqavilə imzalayıb.

Çalhanoğlu “Neradzurra”ya azad agent kimi keçib.

Qeyd edək ki, 2017-ci ildən “İnter”in əzəli rəqibi “Milan”ın şərəfini qoruyan yarımmüdafiəçi son mövsümdə 43 oyuna çıxıb və 9 qola imza atıb.


Müəllif: Teleqraf.com