12 Noyabr 2014 18:00
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamız də bu gün meydana çıxıb.

İlk oyuna Macarıstanla 1:1 hesablı heç-heçə edən yığmamız Slovakiya ilə qarşılaşıb. Nikolay Adamın komandası bu oyunda da sərfəli nəticə qazanmağa çalışsa da, böyükhesablı məğlubiyyətlə üzləşib - 1:4.

12 noyabr

Avropa çempionatı, seçmə mərhələ oyunu

16:00. Slovakiya – Azərbaycan - 4:1

Qollar: Lesniak, 41 (1:0), Nəsirov, 50-pen (1:1), Hromada, 52 (2:1), Vesteniçki, 68 (3:1), Kaser, 86 (4:1)
Qırmızı vərəqə: Hakimov, 81 (Azərbaycan)
Baş hakim: Eli Hakmon (İsrail)


Müəllif: