6 Fevral 2022 09:40
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, 90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi Kokauri xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər