Cüdoçu Məmmədəli Mehdiyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub.
Teleqraf.com xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Serbiya idmançısı Nemanya Maydova qalib gəlib.
Qeyd edək ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.